08/09/2019
18:25
3200
| A A A
“Sənin sevgilin mənimlə getməlidir” dedi, döyüldü FOTO

Müqavilə ilə Chelsea-yə məxsus olan, icarə əsasında Burnley-də çıxış edən Denni Drinkuoter döyülüb.

Goal.az xəbər verir ki, hadisə Mançester şəhərindəki gecə klublarınn birinin qarşısında baş verib. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Gecə klubunda spirtli içki qəbul edən Drinkuoter “Skantrop Yunayted” klubunun futbolçusu Kqosi Ntlenin sevgilisinə sataşıb. Yarımmüdafiəçi, Ntleyə “sənin sevgilin mənimlə getməlidir” deyərək, qızı aparmağa çalışıb və futbolçuya hücum edib.

Gecə klubunun mühafizəçiləri tərəfindən çölə çıxarılan Denniyə altı nəfər hücum edərək, onu döyüb. Nəticədə onun üzündə, çiyinlərində, gözünün altında qançır yaranıb.

Drinkuoterin sağalma müddətinin bir ay çəkəcəyi bildirilir.

(komanda.az)

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
480 səs