01/02/2023
13:22
6024
| A A A
Chelsea-dən 121 milyon avroluq transfer

Chelsea heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, "zadəganlar" Benfica-dan Enzo Fernandezi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

Chelsea argentinalı futbolçu üçün Benfica-ya 121 milyon avro ödəyəcək. Enzo İngiltərə Premyer Liqası tarixinin ən bahalı transferi olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI