"Əksər məşqçilər mənim yerimdə olmaq istəyirlər” - Potter
Chelsea-nin baş məşqçisi Qrem Potter klubun transferlərə çox pul xərcləməsi ilə bağlı tənqidlərin qısqanclıqdan irəli gəldiyini düşünür.
Goal.az mütəxəssisin verdiyi açıqlamanı təqdim edir: “Paxıllıq pis bir şeydi. Heç kimə paxıllıq etməmişəm. Maksimum işləməyə çalışmışam. Yaxşı olar ki, indiki nailiyyətlərinizi keçmişdə əldə etdiyiniz nailiyyətlərlə müqayisə edəsiniz. Başqaları haqqında düşünməyin, çünki vəziyyətin kontekstini bilmirsiniz.
Hər şey yaxşıdır. Əksər məşqçilər mənim yerimdə olmaq istəyirlər”.
Qeyd edək ki, Chelsea bu qış transferlərə təxminən 323 milyon funt-sterlinq xərcləyib. Klubun transfer siyasəti bir çoxları tərəfindən tənqid olunub.