26/02/2019
18:01
3269
| A A A
Fenerbahçe Valbuena ilə yeni müqavilə bağlayacaq

Fenerbahçe futbolçusu Matyu Valbuenanın müqaviləsininin müddətini uzadacaq.

Goal.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin ötən gün Beşiktaş-la oyundakı (3:3) inamlı çıxışı məşqçilər heyətini razı saldığından, ona yeni sözləşmə təklif olunacaq. Klub rəhbərliyi 34 yaşlı oyunçunu daha 1 il komandada saxlamaq istəyir.

Qeyd edək ki, 2017-ci ilin yayından Fenerbahçe-nın formasını geyinən Valbuena bu komandanın heyətində 37 oyuna çıxıb və 8 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28928 səs