03/03/2019
16:48
2963
| A A A
Keçmiş futbolçu federasiya prezidenti olmaq istəyir

Uruqvay millisinin sabiq üzvü Dieqo Luqano ölkəsində yeni vəzifəyə seçilə bilər.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Braziliyanın San-Paolo klubunun idarə heyətində çalışan Luqano, Uruqvay Futbol Federasiyasının prezidenti ola bilər.

Uruqvay Peşəkar Futbolçular Birliyi və Həvəskar Futbolçular Birliyinin dəstəyini alan Luqano, prezident seçiləcəyi təqdirdə, San-Paolo-dan ayrılacaq.

Karyerası ərzində San-Paolo, Fenerbahçe, PSG kimi klublarda forma geyinən Luqano, 95 dəfə də Uruqvay millisinin şərəfini qoruyub. Sabiq müdafiəçi həm də, yığmanın kapitanı idi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17775 səs