12/03/2019
16:54
2119
| A A A
Fenerbahçe-də ciddi itki

Türkiyə Superliqasının 25-ci turunun Başakşehir-lə səfər oyununda (1:2) zədələnən Fenerbahçe-nın yarımmüdafiəçisi Matyu Valbuenanın durumuna ayınlıq gəlib.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada ayağından xəsarət alan fransız futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Digər zədəli Nabil Dirarın isə hələ də ağrılarının olduğu və bu səbəbdən 26-cı turda Sivasspor-a qarşı oynamayacağı bildirilib. Əvəzində isə zədəsini yenicə sağaldan Mehmet Topal sıraya qayıdıb.

Qeyd edək ki, Fenerbahçe - Sivasspor oyunu martın 15-də keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17386 səs