22/03/2019
14:30
2819
| A A A
Emenike Türkiyəyə qayıdır

Fenerbahçe-nin sabiq hücumçusu Emmanuel Emenike yenidən Türkiyəyə qayıtmağa hazırlaşır.

Goal.az xəbər verir ki, bu barədə nigeriyalı futbolçu özü məlumat yayıb. 31 yaşlı forvard sosial şəbəkə hesabından paylaşdığı mesajda, Türkiyə üçün çox darıxdığını və tezliklə yenidən bu ölkəyə dönəcəyini bəyan edib:

“Türkiyə və bu ölkənin futbolu üçün çox darıxmışam. Daha güclü şəkildə geri dönəcəm. Az qaldı. Hörmətlə”.

Fenerbahçe-də 3 mövsüm forma geyinən və daha sonra Olympiacos-a transfer olunan Emenike, 2018-ci ilin iyul ayında Yunanıstan klubu ilə müqaviləsini ləğv edəndən bəri azad agent statusu daşıyır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34157 səs