15/04/2019
11:50
2385
| A A A
Fatih Terim hakimləri günahlandırdı

Türkiyə Superliqasının XXVIII turunda Fenerbahçe-nin qonağı olan Galatasaray heç-heçə edərək (1:1), çempionluq yolunda ciddi zərbə alıb.

Goal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Terim hakimlik barədə sərt danışacağı təqdirdə cəzalandırılacağını bildirib: "Qırmızı vərəqəyə qədər rəqibə zərbə imkanı vermədik, "qırmızı"dan sonra üstünlük bizdə idi. Fenerbahçe-nin daha 1-2 oyunçusu meydandan qovula bilərdi. Rahat qələbə qazanacağımız oyunda xal itirdik. Arxayınlıq bərabərlik qoluna səbəb oldu. Buna şərait yaratmaq istəmirəm. Qəribə hadisələr yaşanır. Kəlmələri seçməkdə çətinlik çəkirəm. Azlıqda qalan rəqibi məğlub edə bilmədik. Ancaq VAR-a baxıb cərimə zərbəsini göstərilməli idi. Hansısa komandanın yaxşı və ya pis oynamağı hakimi maraqlandırmamalıdır".

Təcrübəli mütəxəssis buraxdıqları qol epizodunda kobudluq olduğunu deyib: "Həmin epizodu hamı gördü. Bu peşə qorxaqların işi deyil. Cərimə zərbəsi rəqibə görə dəyişmir, hamıya görə eynidir. Hakimin qoldan sonra danışmağı, gözləməyi özü nəyinsə olduğunu göstərir. Xal itirən kimi, Fatih Terimi günahlandırırlar. Boş yerə cəza alıb komandamı pis vəziyyətdə qoymaq istəmirəm. Biz bu mövsüm belə şeylərə öyrəşdik. Yaxşı, Mehmet Topalın hərəkəti nə idi? Bir komandanı azlıqda qoyub, sonra bərabərlik yaransın deyə belə haqsızlıq etmək olar? Açıq şəkildə meydandan kənarda baş verənlərlə mübarizə aparırıq. Deməli, hakimi də məğlub etməliyik".

66 yaşlı çalışdırıcı çempionluq uğrunda sona qədər "döyüşəcəklərini" vurğulayıb: "Bu itki məni çox üzdü. Amma təslim olmayacaq, son tura qədər mübarizə aparacağıq. Qələbə qazanmaq çox önəmli idi, olmadı. Görünən odur ki, olmaq imkanı da yox idi. Son 6 oyunda 18 xal toplamalıyıq".

Qeyd edək ki, XXVIII turdan sonra aktivində 56 xal olan Galatasaray lider Başakşehir-dən 5 xal geri qalır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33170 səs