01/05/2019
17:18
2149
| A A A
Fenerbahçe 5 futbolçunu saxlayacaq

Ağır mövsüm keçirən Fenerbahçe yayda köklü islahatlara əl atacaq. Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, "sarı-lacivərdlilər" mövsümün sonunda əksər oyunçularını yola salacaq. Baş məşqçi Ərsun Yanal hələlik cəmi 5 futbolçunun komandada saxlanılmasına qərar verib. Onlardan 4-ü yerli, 1-i əcnəbidir.Hazırda yalnız qapıçı Harun Təkin, müdafiəçilər Sərdar Aziz, Hasan Ali Kaldırım, həmçinin yarımmüdafiəçilər Mehmet Topal və Nabil Dirarın komandada qalacağı dəqiqdir .Komanda çox sayda transfer həyata keçirsə, digər futbolçularla yollarını ayıracaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17093 səs