04/05/2019
17:19
2110
| A A A
Fenerbahçe ilk transferini reallaşdırıb

Fenerbahçe yeni mövsüm üçün ilk transfer edib.

Goal.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu İranın yüksək liqası təmsilçisi İstiqlal-ın futbolçusu Allahyar Sayyadmaneşi heyətinə cəlb edib. Bu ilin iyununda 18 yaşı olacaq hücumçu ilə 5 illik müqavilə imzalanacaq.

İran klubunun nümayəndəsi İsmayıl Halilzadə A.Sayyadmaneşi Fenerbahçe-yə satdıqlarını təsdiqləyib: "Onu Fenerbahçe-yə 850 min avroya satdıq. Mövsümün sonu buradan ayrılacaq".

Qeyd edək ki, A.Sayyadmanaş "The Guardian"nın hazırladığı 2011-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb.

Əlavə edək ki, A.Sayyadmanaş bu mövsüm 17 matçda oynadığı az müddətdə 2 qol vurub, 2 qolun ötürməsini verib.

(qol.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17093 səs