Arda Güler Almaniya nəhənginin hədəfində
Bayern Münich Fenerbahçe-də çıxış edən Arda Gülerlə maraqlanır.
Goal.az xəbər verir ki, Münhen təmsilçisi 17 yaşlı istedadlı yarımmüdafiəçinin oyununu yaxından izləyir.
Bayern İstanbul klubunun oktyabrın 17-də səfərdə Ankaragücü-nə qarşı keçirəcəyi Türkiyə Super Liqasının X tur matçına nümayəndəsini göndərəcək.
Qeyd edək ki, Arda Güler Fenerbahçe-nin əsas komandasında indiyədək 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsi 2025-ci ildə başa çatmalıdır. (report)