Fenerbahçe-dən 62 illik ilk
Fenerbahçe Super Liqanın XVI turunda Hatayspor-u 4:0 hesabıyla məğlub edib.
Goal.az xəbər verir ki, 3 xalı darmadağınla qazanan İstanbul təmsilçisi bu mövsümkü qollarının sayını 40-a çatdırıb.
"Bülbüllər" 15 oyuna 40 qol vurmaqla 62 il sonra yeni uğura imza atıb. Komanda sonuncu dəfə 1959/1960 mövsümündə ilk 15 oyundan sonra 43 qol vurmuşdu.
Qeyd edək ki, Fenerbahçe çempionatda 32 xalla liderdir.