Türkiyə Kuboku: Fenerbahçe 1/4 finala vəsiqə qazanıb
Fenerbahçe Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Goal.az xəbər verir ki, 1/8 finalda evdə Rizespor-u 2:1 hesabı ilə məğlub edən İstanbul nəhəngi adını növbəti mərhələyə yazdırıb.
İlk qol 12-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Arda Gülərin ideal ötürməsini Mixa Zayts dəqiq zərbə ilə tamamlayıb. 26-cı dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər. Sinan Osmanoğlu künc zərbəsi zamanı başla dəqiq oynayıb. Fenerbahçe-nin qələbə topunun müəllifi isə Enner Valensiya olub. 89-cu dəqiqədə səhnəyə çıxan kolumbiyalı hücumçu başla fərqlənib.
Qeyd edək ki, Fenerbahçe 1/4 finalda Ankaragücü komandası ilə qarşılaşacaq. (report)