01/05/2019
15:10
2176
| A A A
Galatasaray-la oyuna görə Beşiktaş futbolçularına böyük vəd

Beşiktaş klubunun futbolçuları Türkiyə Super Liqasının XXXI turunda Galatasaray-ı səfərdə məğlub edəcəkləri təqdirdə böyük məbləğdə mükafat alacaqlar.

Goal.az "NTV Spor"a istinadən xəbər verir ki, klub rəhbərliyi İstanbul derbisində qalibiyyətə görə hər oyunçuya 100 min lirə ödəyəcək. Bundan başqa, XXVIII tur çərçivəsində evdə Başakşehir-i üstələdikləri üçün nəzərdə tutulan 60 min lirə mükafat Galatasaray-la oyun ərəfəsində futbolçuların hesablarına köçürüləcək.

Qeyd edək ki, 34 turdan ibarət Türkiyə Super Liqasında 62 xala malik Başakşehir liderdir. "Üçlük"də yer alan Galatasaray-ın 60, Beşiktaş-ın 59 xalı var.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34042 səs