19/05/2019
22:26
3062
| A A A
Galatasaray çempionluğunu rəsmiləşdirdi

Bu gün Türkiyə Superliqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, 33-cü turun mərkəzi oyununda 66 xalla zirvədə yer alan Galatasaray doğma azarkeşləri önündə eyni xalla 2-ci pillədə qərarlaşan Başakşehir-i qəbul edib. "Türk Telekom Arena"dakı matçda 2:1 hesablı qələbə qazanan "cim-bom" sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, "sarı-qırmızılılar"ın ardıcıl ikinci, ümumilikdə isə 22-ci çempionluğu olub.

19 may

Galatasaray - Başakşehir - 2:1

Qollar: Bajiç, 17 (0:1), Fequli, 47 (1:1), Onyekuru, 64 (2:1)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33170 səs