07/05/2019
19:26
2638
| A A A
A Seriyasını tərk edən növbəti klub

Cari mövsümün sonunda İtaliya A Seriyasını tərk edəcək ikinci klub məlum olub.

Goal.az xəbər verir ki, 35-ci turda Sassuolo ilə qollu bərabərə qalan (2:2) Frosinone-nin elitanı tərk edəcəyi dəqiqləşib. Sona 3 tur qalmış 20 iştirakçı arasında 19-cu sırada qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdür.

35 turdan sonra 24 xal toplaya bilən Frosinone, növbəti mövsümdə İtaliya B Seriyasında çıxış edəcək. Frosinone ilə yanaşı, Chievo da bu mövsüm A Seriyası ilə vidalaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12470 səs