17/05/2019
09:43
2269
| A A A
Juventus-la Alleqri ortaq məxrəcə gələ bilmir

Juventus klubunun rəhbərliyi mayın 17-də baş məşqçi Massimiliano Alleqri ilə daha bir görüş keçirəcək.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın uzadılması barədə hələ də razılığa gələ bilmirlər.

Alleqri Juventus-un rəhbərləri ilə artıq iki dəfə görüşüb. Mayın 16-da baş tutan əvvəlki görüşdə baş məşqçi ilə turinlilərin prezidenti Andrea Anyelli, klubun direktoru Pavel Nedved və idman direktoru Fabio Paratiçi görüşüb.

Alleqri rəhbərlikdən əmək haqqının sanballı şəkildə artırılması şərti ilə 2022-ci ilə qədər müqavilə imzalanmasını istəyib. 51 yaşlı mütəxəssis eləcə də, transfer məsələlərində, həmçinin müdafiə və yarımmüdafiənin möhkəmləndirilməsinə vəsaitin ayırlması işində daha çox imtiyaz əldə etmək tələbi irəli sürüb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34041 səs