19/05/2019
10:56
2789
| A A A
PSG, Juventus və Tottenham arasında mübarizə

Lyon-un yarımmüdafiəçisi Tanqi Ndombele yay transfer pəncərəsi dövründə komandadan ayrıla bilər.

Goal.az xəbər verir ki, PSG, Juventus və Tottenham 22 yaşlı fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Həm PSG rəhbərliyi, həm də baş məşqçi Tomas Tuxel klubun Tanqi ilə maraqlandığını təsdiqləyib.

Eyni zamanda, futbolçunun meneceri ilə danışıqlar aparan Tottenham və Juventus rəsmi təklif göndərməyə hazırlaşır.

Buna baxmayaraq, futbolçunun transferi üçün danışıqlara başlamayan Lyon, onun keçidindən azı 100 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, Ndombele bu mövsüm “aslanlar”ın heyətində keçirdiyi 47 oyunda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33170 səs