19/05/2019
11:50
1933
| A A A
Ronaldo A Seriyasının ən qiymətli oyunçusu oldu

Juventus-un portuqal hücumçusu Kriştiano Ronaldo hazırkı mövsümdə futbol üzrə İtaliya A seriyasının ən qiymətli oyunçusu seçilib.

Goal.az-ın məlumatına görə, bu barədə "Football Italia" bildirib.

Qeyd edilir ki, mükafat A seriyası üzrə verilir. Nominasiyaların qalibləri "Opta Sport" və "Netco Sports" statistika agentliklərinin məlumatları əsasında təyin edilir. Qalibin seçimi zamanı oyunçuların İtaliya çempionatında, ölkə kubokunda və superkubokunda çıxışları nəzərə alınıb.

Qeyd edilir ki, 34 yaşlı Ronaldu indiki mövsümdə A seriyasının 30 matçında 21 qol (5 qol penalti zərbəsi ilə) vurub. O, həmçinin 8 məhsuldar ötürmə verib.

Mükafatlara başqa futbolçular da layiq görülüblər.

İnter-in qapışısı Samir Handanoviç ən yaxşı qapıçı, Napoli-nin müdafiəçisi Kalidu Kulibali ən yaxşı müdafiəçi, Lazio-nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç ən yaxşı yarımmüdafiəçi, Sampdoria klubunun hücumçusu Fabio Kvalyarella ən yaxşı hücumçu, Roma-nın futbolçusu Nikolo Zaniolo ən yaxşı gənc futbolçu mükafatlarına layiq görülüblər.

Daha əvvəl bildirilib ki, Ronaldo Juventus-dan İskonu almağı xahiş edib.



(Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33170 səs