19/05/2019
14:40
1892
| A A A
Juventus məşqçi axtarışında

Mövsümün sonunda Massimiliano Alleqri ilə yollarını ayıracağını açıqlayan Juventus yeni baş məşqçi axtarışlarına başlayıb.

Goal.az xəbər verir ki, “qoca sinyora”nın Antonio Konte ilə danışıqlar apardığı deyilsə də, bu xəbər təkzib olunub. İtaliyalı mütəxəssisin İnter-lə razılığa gəldiyi və böyük ehtimalla, növbəti mövsümə bu klubda başlayacağı bildirilir.

Bundan başqa, Kontenin keçmişdə Juventus-un prezidenti Andrea Anyelli ilə problemlər yaşadığı, bu səbəbdən yenidən Turin komandasının “sükanı arxasına” keçməyəcəyi deyilir.

Juventus-un namizədləri siyahısında ilk yerdə Tottenham-in çalışdırıcısı Maurisio Poçettinonun olduğu bildirilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15237 səs