Juventus Arkadiuş Miliki Marseille-dən birdəfəlik almaq istəyir
Juventus komandada icarə əsasında çıxış edən Arkadiuş Miliki Marseille-dən birdəfəlik almaq istəyir.
Goal.az xəbər verir ki, Turin təmsilçisi müqavilədə olan satınalma şərtini aktivləşdirməyi planlaşdırır.
Buna görə Juventus Fransa klubuna bonuslarla birlikdə 9 milyon avro ödəməlidir.
İtaliya klubunun polşalı hücumçu ilə 2026-cı ilə qədər müqavilə imzalayacağı gözlənilir. Milik özü də açıqlamasında Juventus-da qalmaq istədiyini bildirmişdi.