20/01/2023
16:46
1642
| A A A
Juventus yeni rekorda imza atıb

Juventus klubu İtaliya Kubokunun 1/4 final mərhələsinə adlamaqla yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, Turin təmsilçisi 1/8 finalda Monza üzərində 2:1 hesablı qələbə qazanmaqla buna nail olub.

Ardıcıl 16-cı dəfə ölkə kubokunda 1/4 finala adlayan “qoca sinyora” bu baxımdan turnirin rekordçusudur. Juve sonuncu dəfə 2006/2007 mövsümündə İtaliya B seriyasında çıxış edərkən ölkə kubokunda 1/8 final səddini aşa bilməyib.

Juventus-un 1/4 finalındakı rəqibi ardıcıl 12-ci dəfə bu mərhələdə iştirak hüququ əldə edən Lazio olacaq. Komandaların görüşü fevralın 1-də Romada baş tutacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI