Juventus-un 9 xalı silinə bilər
Juventus klubu ciddi cəzalana bilər.
Goal.az xəbər verir ki, Turin təmsilçisinin maliyyə fırıldaqçılığına görə A Seriyasında 9 xalı silinə bilər.
Juventus-un keçmiş maliyyə menecerləri fırıldaqçılıqda və 4 cinayət maddəsini pozmaqda ittiham edilir. İtaliya Futbol Federasiyasının Prokurorluğu saxta gəlir bəyənnaməsi təqdim edən "qoca sinyora"sın xalının silinməsini istəyir.
Juventus A Seriyasında 18 turdan sonra 37 xalla 3-cü sıradadır. (futbolpress)