21/01/2023
11:24
2524
| A A A
Juventus-un xalları silinib, klub turnir cədvəlində 8 pillə geriləyib

Futbol üzrə İtaliya çempionatının A Seriyasının prokuroru Juventus-un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində topladığı xalların 15-ni silib.

Goal.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin Juventus futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb etmişdi. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI