24/01/2023
14:49
1199
| A A A
"Juventus İtaliyanın ən böyük klubudur" - Di Maria

Juventus-un yarımmüdafiəçisi Anxel Di Mariya komandadan ayrılmaq fikrində olmadığını bildirib.

Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: “Əlbəttə, indi bizə qoşulmaq üçün münasib vaxt deyil, çünki klub problem içindədir. Buna baxmayaraq, Juventus əla olaraq qalır. Əsas odur ki, güclü qalmaq və ən yaxşı oyununu nümayiş etdirməyə davam etməkdir. Mən həmişə ailəmi nəzərə alaraq qərarlar verirəm və ailəm Turində xoşbəxtdir. Juventus İtaliyanın ən böyük klubudur, Avropanın əsas klublarından biridir. Biz hər şeydən razıyıq".

Qeyd edək ki, Di Mariyanın klubu ilə müqaviləsi iyunun sonuna qədər qüvvədədir. O, bu mövsüm 14 matçda 3 qol vurub, 5 qolun ötürməsini verib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI