Juventus növbəti dəfə cəzalandırıla bilər
Juventus maliyyə fırıldaqlarına görə növbəti cəza ilə üzləşə bilər.
Goal.az xəbər verir ki, İtaliya Futbol Federasiyası futbolçuların maaşları ilə bağlı saxtakarlığa görə Juventus-dan ən azı 20 xal silinməsini istəyir.
Məsələ ondadır ki, Turin təmsilçisi pandemiya zamanı kluba kömək etmək üçün futbolçularla dörd aylıq maaşlarından imtina etməyə razılaşdıqlarını elan edib. Ancaq araşdırmalar göstərib ki, komandaya yalnız 1 ay maaş ödənilməyib. Digər 3 ayın pulları isə mükafat, bonus və başqa müxtəlif formalarda ödənilib. Yəni futbolçuların maaşı gizli şəkildə ödənilib.