Juventus-da ayrılıq
Juventus yarımmüdafiəçisi Pol Poqba ilə yolları ayırmağı planlaşdırır.
Goal.az xəbər verir ki, Turin klubunun rəhbərliyi fransalı futbolçunu satmağı və ya müqaviləsinə xitam verməyi düşünür.
Qeyd edək ki, Poqba 2022-ci ilin yayında Manchester United-dən Juventus-a keçib. O, ciddi zədə səbəbindən rəsmi oyuna çıxa bilməyib.