Juventus-da 5 ayrılıq
Juventus-un yay transfer pəncərəsində ən azı 5 futbolçu ilə vidalaşacağı gözlənilir.
Goal.az xəbər verir ki, 15 xalının silinməsindən sonra komandanın növbəti mövsüm Çempionlar Liqasına düşmək ehtimalı azdır. Nəticədə yaranan gəlir itkisi səbəbindən klub oyunçu xərclərini azaltmalı olacaq.
Turin təmsilçisinin Adrien Rabyo, Aleks Sandro, Xuan Kaudrado, Leandro Paredes və Anxel Di Mariya ilə müqaviləni yeniləməyəcəyi bildirilib. Bunun nəticəsində Juventus təxminən 70 milyon avro maaşa qənaət edəcək.
Bu futbolçuların Juventus-la müqavilələri 2023-cü ilin yayına kimi hesablanıb.