Di Mariya La Liqaya qayıdır?
Barcelona Juventus-un futbolçusu Anxel Di Mariaya elçi düşüb.
Goal.az xəbər verir ki, Kataloniya klubu yayda vingerin transferini həyata keçirməyi planlaşdırır.
Juventus maliyyə məsələləri səbəbilə 34 yaşlı yarımmüdafiəçi ilə müqaviləni yeniləmək fikrində deyil. Bundan faydalanmağa çalışan Barcelona Di Marianı azad agent kimi almaq arzusundadır.
Qeyd edək ki, argentinalı futbolçu mövsümün əvvəlindən Juventus-da çıxış edir. O, cəmi 9 oyunda meydana çıxıb və 2 qola imza atıb.