Juventus-da yeni müqavilə
Juventus futbolçusu Danilo ilə müqaviləni uzadıb.
Goal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 2025-ci ilin yayına qədər artırılıb.
Danilo 2019-cu ildən Juventus-da çıxış edir. O, bu mövsüm 24 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.