08/05/2019
20:34
5554
| A A A
“Təkcə Liverpool deyil, həm də Real qazandı” – Kapello

Real Madrid-in sabiq baş məşqçisi Fabio Kapello, Çempionlar Liqasının yarımfinalında Liverpool-un Barcelona-nı məğlub etdiyi oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Kapello, İtaliya mətbuatına açıqlamasında Liverpool-un 4:0 hesablı qələbəsiylə bitən görüşü belə şərh edib:

“Liverpool-un gücü və istəyi hər zaman yüksək səviyyədə olur. Barcelona-lılar Alisson Bekkerlə üç dəfə qarşılaşdı və Alisson üçündə də inanılmaz seyvlər etdi.

Liverpool-un 4-cü qolundan sonra Barcelona-nın futbolçularının diqqəti yayındı. Bu qarşılaşmada təkcə Liverpool deyil, həm də Real qazandı. Çünki Real-lılar istəməzdilər ki, Çempionlar Liqasının kubokunu Barcelona məhz onların şəhərində, Madriddə qazansın”.

(komanda.az)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5197 səs