10/05/2019
17:47
42913
| A A A
Kloppdan gözlənilməz açıqlama: "Finalın Bakıda keçirilməsi gülməlidir"

Liverpool-un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda təşkilinə münasibət bildirib.

Goal.az BBC-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını düşünür:

"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdır".

Klopp Bakı ilə Çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: “Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-sterlinq ödəməlisiniz. Bu ağlasığmazdır. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm”.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda Arsenal-la Chelsea arasında keçiriləcək. Liverpool - Tottenham finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda keçiriləcək.

Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34041 səs