11/05/2019
12:58
3555
| A A A
"Liverpool-u keçəcəyimizi gözləmirdim" - Qvardiola

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının sonuncu turunda mayın 12-i keçiriləcək Brighton-la oyun öncəsi fikirlərini bildirib.

Goal.az xəbər verir ki, o, Liverpool-dan 7 xal geri olduqları zaman çempionluq yarışına qayıdacağını gözləmədiyini etiraf edib: "Lider olmaq istəyirdik. Ancaq Liverpool-dan 7 xal geridə olanda daha bunu gözləmirdim. Arzumuzu gerçəkləşdirdik. Bir çox şeyi sübut etdik və indi deyə bilərik ki, çempion olmaq şansımız var".

Qeyd edək ki, hazırda 95 xalla lider olan Manchester City ikinci pillədəki Liverpool-u 1 xal qabaqlayır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28928 səs