12/05/2019
16:29
2301
| A A A
Premyer Liqanın ən yaxşısı müdafiəçi oldu

İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, Liverpool-un müdafiəçisi Vircil van Dayk 2018-2019-cu il mövsümünün ən yaxşı futbolçusu olub.

Bu mövsüm iştirak etdiyi 37 oyunda 4 qolla yadda qalan hollandiyalı futbolçu, bu mükafat uğrunda komanda yoldaşlarından Məhəmməd Salah, Sadio Mane, Manchester City-dən Serxio Aquero, Bernardo Silva, Rahim Sterlinq, eyni zamanda, Chelsea-dən Eden Hazardla yarışırdı.

Mükafatın qalibi azarkeşlər, 20 Premyer Liqa klubunun kapitanı və futbol mütəxəssislərinin səsverməsi ilə müəyyən olunur.

Keçən mövsüm bu mükafatın qalibi Məhəmməd Salah seçilmişdi.