19/05/2019
18:20
1261
| A A A
Manchester City-dən yeni rekord

Manchester City İngiltərə Federasiya kubokunun finalında Watford-u məğlub edərək, turnirin qalibi olub.

Goal.az xəbər verir ki, 6:0 hesabıyla bitən görüşdə “şəhərlilər” yeni rekorda imza atıb. Belə ki, Manchdster City bu mövsüm bütün turnirlər daxil olmaqla 50 qələbə qazanıb. Bu, ingilis klubları arasındakı ən yüksək göstəricidir.

Bundan əvvəlki rekord isə 44 qələbə idi. Manchester United 2008/09, Manchester City isə 2017/18 mövsümündə bu göstəriciyə nail olmuşdu.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17775 səs