29/03/2020
18:29
3296
| A A A
Patris Evra qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb

Manchester United-in keçmiş futbolçusu Patris Evra karyerası ərzində qarşılaşdığı ən çətin oyunçunun adını açıqlayıb.

Goal.az xəbər verir ki, fransalı futbolçu Monday Night Football-a açıqlamasında Ceyms Milnerin Lionel Messidən daha çətin rəqib olduğunu bildirib.

"Qarşılaşdığım ən çətin rəqib? Ceyms Milner. Lionel Messiyə qarşı çox oynamışam. Ona qarşı oynamaq çətin olsa da, onunla bacarırdım.

Messi mərkəzdə oynayanda daha təhlükəlidir. Çünki o, mərkəzdə olan zaman sağa və yaxud sola çevrilə bilər.

Ceyms Milner qarşılaşdığım ən çətin rəqibdir. Çünki o, hər an məni məyus edə bilərdi. Mən hücumameyilli müdafiəçi idim. O, mənə hücum etməyə imkan vermirdi. Hərdən yorularaq deyirdim: "Sadəcə get və hücum elə, məni rahat bura!" - vurğulayıb Patris Evra.

Qeyd edək ki, Patris Evra 2006-2014-cü illər ərzində Manchester United-in şərəfini qoruyub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5461 səs