31/03/2020
16:55
2937
| A A A
İsko Premyer Liqa nəhənginin hədəfində

Manchester City Real Madrid-in yarımmüdafiəçisi İskonu istəyir.

Goal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, İngiltərə təmsilçisi futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. Baş məşqçi Pep Qvardiola oyunçunu komandasında görmək istəyir. İskonun da Real Madrid-dan ayrılmaq istədiyi qeyd edilir. Ancaq futbolçu UEFA-nın Manchester City-yə verdiyi cəzaya görə İngiltərəyə yollanmaqda tərəddüd edir.

Qeyd edək ki, İsko cari mövsüm komandası ilə 22 oyun keçirib və 3 qol vurub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5760 səs