03/04/2020
20:20
3960
| A A A
İngiltərə Premyer Liqası ilə bağlı yeni qərar - RƏSMİ

İngiltərə Premyer Liqası rəhbərliyi koronavirus səbəbindən təxirə salınan çempionatın nə zaman bərpa olunacağı ilə bağlı bəyanat yayıb.

Goal.az xəbər verir ki, Premyer Liqanın mayda bərpa olunmayacağı bildirilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığlıdır.

Bu səbəbdən çempionatın sağlamlıq üçün təhlükəsiz şəraitdə yenidən başlanacağı vurğulanıb. Qarşılaşmaların yeni tarixinə dair qərar bütün maraqlı tərəflər, eləcə də İngiltərə hökuməti ilə məsləhətləşdikdən sonra veriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqanın aprelin 30-dan tez başlamayacağı açıqlanmışdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5460 səs