30/11/2020
18:39
1791
| A A A
Qvardiola artıq futboldan zövq almır

Manchester City-nin baş məşqçisi Pep Qvardiola komandasının Burnley-ə 5-0 qalib gəldiyi matçdan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, o, komandasından razı olduğunu, lakin artıq futboldan zövq almadığını bildirib.

"Futbol hər stadiona daxil olduğumuzda tribunadakı azarkeşlərin varlığı ilə əyləncəli olurdu. Amma indi vəziyyət dəyişib. Artıq dünyanın heç bir yerində futbol maraqlı deyil" ,- deyə baş məşqçi mövcud vəziyyətdən şikayətlənib.

Qeyd edək ki, "mavi-ağlar" pandemiya şəraiti ilə əlaqədar olaraq 29 azarkeşsiz matç keçirib və daha 5 oyunu tərəfdarsız oynayacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs