08/05/2019
13:54
2199
| A A A
Premyer Liqanın ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər məlum olub.

Goal.az turnirin saytına istinadən xəbər verir ki, Manchester City-dən Xosep Qvardiola, Liverpool-dan Yurgen Klopp, Wolverhampton-dan Nunu Santu və Tottenham-dən Maurisio Poçettino mövsümün ən yaxşı baş məşqçisi adına namizəd göstərilib.

Manchester City-dən Serxio Aquero, Rəhim Sterlinq, Bernardo Silva, Liverpool-dan Vircil Van Dayk, Sadio Mane, Məhəmməd Salah və Chelsea-dən Eden Hazard isə mövsümün ən yaxşı futbolçusu adına namizəd olub.

Qalib, Premyer Liqanın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində müəyyənləşəcək. Mövsümün ən yaxşılarının adı mayın 14-də açıqlanacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28928 səs