17/05/2019
16:00
3319
| A A A
"Ferqyuson oyundan əvvəl saçımı kəsdirdi" - Bekhem

Manchester United-in sabiq futbolçusu Devid Bekhem Aleks Ferqyusonun onun saçını kəsdirməsi barədə danışıb.

Goal.az xəbər verir ki, hadisə 2000-ci ildə Chelsea ilə keçirilən Superkubok qarşılaşmasından əvvəl yaşanıb:

"Saçıma xüsusi forma verdirmişdim. Ferqyusonun saç düzümümü görəcəyindən bərk qorxurdum. Oyuna bir gün qalmış şapkada məşq etdim. Səhər yeməyi, nahar zamanı da şapkada oldum. Hətta stadiona da şapkada getdim. Oyun üçün formalarımızı geyinərkən şapkanı çıxartdım və Ferqyuson saç düzümümü gördü. Mənə dedi ki, get saçını kəsdir. Mən güldüm. Ferqyuson isə sərt şəkildə bildirdi ki, zarafat etmir. Bundan sonra məcbur qalıb elə "Uembli”də saçımı kəsdirməli oldum”.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5024 səs