19/10/2019
14:25
1137
| A A A
“Onun Napoli-də niyə xoşbəxt olmadığını bilmirəm” – Klub prezidenti

Napoli klubunun prezidenti Aurelio de Laurentis komandanın yarımmüdafiəçisi Lorenso İnsinye ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, klub rəhbəri, Neapol klubunda xoşbəxt olmadığı deyilən futbolçuyla bağlı bunları bildirib:

“Onun Napoli-də niyə xoşbəxt olmadığını bilmirəm. O, əla futbolçudur, amma problemi varsa, bunu izah etməlidir. İnsinye komandada məşqçilərlə yaxşı münasibət qurmayan futbolçulardan biridir və bunun səbəbini heç vaxt başa düşə bilməmişəm. Onu sevirəm və hər zaman müdafiə edəcəm, amma o da komandanın 25 nəfərdən ibarət olduğunu başa düşməlidir. Bizə nə edəcəyini bildirsəydi, daha yaxşı olardı. O, öz problemlərini həll etməlidir”.

Bir müddət əvvəl İnsinye ilə baş məşqçi Karlo Ançelottinin münasibətlərinin gərgin olduğu deyilirdi. Futbolçunun adı Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Genk-lə oyunun (0:0) iştirak siyahısına salınmamışdı. (komanda.az)

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
531 səs