24/10/2019
15:21
1418
| A A A
Napoli İbrahimoviçlə razılığa gəlməyə çalışır

Los-Angeles Galaxy-nin hücumçusu Zlatan İbrahimoviç yenidən İtaliyaya qayıda bilər.

Goal.az xəbər verir ki, Napoli isveçli forvardın xidmətində maraqlıdır. Neapol təmsilçisi 38 yaşlı oyunçu ilə artıq təmasa keçib. A seriyası klubu qış fasiləsində azad agent statusu daşıyacaq İbra ilə 6 aylıq müqavilə bağlamaq niyyətindədir. Mövsümün sonunda sözləşmənin müddəti daha 1 il uzadıla bilər.

Napoli İbrahimoviçə yarım mövsümlük müqavilə üçün 1,5 milyon avro təklif edib. Ancaq Zlatan özü sözləşmənin 2021-ci ilin yayına qədər olmasını və illik 5 milyon avro maaş verilməsini istəyib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
534 səs