Maradonanın göstəricisi təkrarlandı
Napoli-nin futbolçusu Dris Mertens klubun canlı əfsanəsi Dieqo Maradonanın göstəricisini yeniləyib.
Goal.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Salzburg-la görüşdə dubl edən belçikalı hücumçu Neapol təmsilçisinin heyətində vurduğu qollarının sayını 116-ya çatdırıb.
Mertens bununla da, Napoli-nin tarixində 116 qol vuran Dieqo Maradonaya çatıb. O, həm də, Napoli-nin tarixində ən çox qol vuran 2-ci futbolçu olub. Mertens yalnız slovakiyalı Marek Hamşikdən geri qalır. 2007-2019-cu illərdə Napoli-də çıxış edən Hamşikin aktivində 121 qolu var.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR