25/10/2019
19:40
1826
| A A A
İbrahimoviçə İtaliyadan növbəti təklif

Los Angeles Galaxy-nin futbolçusu Zlatan İbrahimoviç karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu Napoli-nin transfer hədəfindədir. Neapol klubu futbolçuyla 1,5 illik müqavilə bağlamaq niyyətindədir. Klub hücumçuya 2020-ci ilin yanvarından iyununadək 1,5 milyon avro, növbəti ildən isə 3 milyon avro və bonuslar ödəməyə hazırdır.

38 yaşlı futbolçu bu mövsüm Los Angeles Galaxy-nin heyətində keçirdiyi 30 oyunda 30 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fiorentina-nın da maraq dairəsində olduğu deyilir.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
531 səs