10/11/2019
16:35
2177
| A A A
Rusiyalı futbolçu ilə İtaliya nəhəngləri mübarizə aparacaq

Lokomotiv-in futbolçusu Aleksey Mirançuk İtaliya klublarının diqqət mərkəzinə düşüb.

Goal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə Juventus, Napoli və Milan yaxından maraqlanır.

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun Lokomotiv – Juventus oyununda (1:2) hər 3 klubun skautlarının Mirançuku izlədiyi bildirilib.

Bu mövsüm 15 oyuna çıxan Mirançuk 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Moskva klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Transfer dəyəri 16 milyon avro olan yarımmüdafiəçi Rusiya milli komandasına da dəvət alır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8643 səs