10/11/2019
20:39
2658
| A A A
Napoli-nin futbolçusu Real Madrid-in hədəfində

Napoli-nin yarımmüdafiəçisi Fabian Ruis karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, 23 yaşlı futbolçu Real-ın hədəfindədir. Futbolçunu yay transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyən “kral klubu”nun Napoli ilə danışıqlara başladığı bildirilir.

Madrid klubunun Napoli-yə Ruisin hazırkı transfer qiymətini – 89 milyon avro təklif edəcəyi bildirilir.

Qeyd edək ki, 2018-ci ildən Napoli-nin şərəfini qoruyan futbolçu, cari mövsümdə iştirak etdiyi 11 çempionat oyununda 1 qolla yadda qalıb.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1135 səs