12/01/2021
13:20
3274
| A A A
Napoli-dən şok istək

Napoli klubu İtaliya Superkubokunun təxirə salınmasını istəyir.

Goal.az xəbər verir ki, Neapol təmsilçisi Juventus-la həlledici qarşılaşmaya hazır deyil.

Napoli-nin prezidenti Aurelio De Laurentis İtaliya Futbol Federasiyasına bununla bağlı müraciət ünvanlayıb. O, təqvim sıxlığından və azarkeşsiz oynamaqdan şikayətlənib. Laurentis görüşün mövsümün sonlarına yaxın baş tutmasını təklif edib. Lakin federasiya buna mənfi cavab verib.

Qarşılaşmanın öncədən nəzərdə tutulduğu vaxtda – yanvarın 20-də Sassuolo-nun stadionunda keçiriləcəyi bildirilib. 

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs