Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb
Napoli-nin futbolçusu Covanni Simeone hazırda Atletico Madrid-in baş məşqçisi olan atası Dieqo Simeonenin rekordunu təkrarlayıb.
Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu buna Şotlandiya Rangers-ini 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl etməklə nail olub.
Argentinalı forvard qitənin bir nömrəli klub turnirində ilk 4 matçında 4 qola imza atıb. İndiyədək yalnız onun atası Dieqo Simeone eyni uğura imza atmışdı.
Bundan əlavə, Neapol təmsilçisi Çempionlar Liqasında 5 turdan sonra 20 qol vurub. Bu vaxtadək heç bir İtaliya klubu belə məhsuldarlıqla yadda qalmayıb.(report)