Kvaratsxeliyanın oğurlanmış avtomobili tapılıb
Neapol polisi Napoli-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın oğurlanmış avtomobilini geri qaytarıb.
Goal.az xəbər verir ki, gürcü futbolçunun avtomobili onun evinin yaxınlığındakı dayanacaqdan yoxa çıxıb. Bir gün sonra polis avtomobili Neapol ətrafında tapıb.
Xviça 2022-ci ilin iyulunda Napoli-yə keçib. O, Neapol komandasının heyətində keçirdiyi 17 matçda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.